Türkiyədə bloqqerların əksəriyyəti bucür paylaşımlar edirlər. Açığı Azərbaycanda rast gəlməmişəm. Ancaq bloq səhifəmi açandan cəmi 1 dəfə hədiyyə kitab çəkilişi etmişdim və nəticədə bir nəfərə Mehmet Şamlının “HER YÖNÜYLE PHP 6” kitabını hədiyyə etmişdim.
Onu da qeyd etmək istəyirəm ki, burada məqsəd reklam falan deyil. Əslində məqsəd paylaşmaqdır. Qarşılıqlı xoş münasibət qurmaqdır. İnternetə, texnalogiyaya, bloq səhifələrinin izlənilməsinə və s. həvəs artırmaqdır. Ona görə də hədiyyənin çox önəmi olmamalıdır. İstədiyiniz hərbirşeyi hədiyyə edə bilərsiniz. Mən adətən oxuduğum sevdiyim kitabları hədiyyə edirəm. Əgər bir problem olmasa bu adət ənənəni davam etdirmək üçün əlimdən gələni edəcəm.
Çəkiliş haqqında?
Çəkiliş haqqında qısa məlumat vermək üçün onu deyə bilərəm ki, aşağıda açıqlayacağım 3 qaydanı yerinə yetirməklə çəkilişə qatılma şansı əldə edəcəksiniz. (Bu biraz da Mobil operatorların XXXX nömrəsinə ÇƏKİŞİL yaz göndər çəkilişə qatıl deməsinə bənzəyir 🙂 ) Qaydalara riayət edərək çəkilişə qatılmaq üçün 1 vəya daha çox çəkiliş haqqı qazanırsınız. Təyin olunan tarixdə yarışmaya qatılanların siyahısı və çəkiliş haqqı, sayları açıqlanır və yenə təyin olunan tarixdə video vasitəsi ilə random.org veb səhifəsinin köməyi ilə bir rəqəm seçilir. Nəticədə hədiyyəni qazanan şəxs açıqlanır. Məsələn:
X adlı yarışçı 3 çəkiliş haqqına sahibdir və onun 1, 2, 3 saylı çəkiliş kuponu var. Y adlı yarışçı 2 çəkiliş haqqına sahibdir və onun 4, 5 saylı çəkiliş kuponu var. random.org səhifəsində 1-dən 5-ə qədər təxmini bir rəqəm seçilir. (Bu tamamilə random.org veb səhifəsinin işləmə mexanizmasıdır. heçbir yandaşlıq ola bilməz) Nəticədə random.org təxmini bir rəqəm verir. Deyək ki bu rəqəm 3 dür. O zaman 3 saylı kupon X adlı yarışçı hədiyyəni qazanır. Daha dəqiq anlamaq üçün birinci yarışmanın çəkilişini buradan izləyə bilərsiniz.
Çəkiliş qaydaları?
Çəkilişə qatılmaq üçün aşağıda sadalananlardan ən az 1-ni 14 dekabr 2012-ci il tarixinədək etməlisiniz:
- Çəkilişi tanıtmaq məqsədi ilə şəxsi bloq səhifənizdə məqalə yazabilərsiniz. (3 çəkiliş haqqı)
- Facebook hesabınızda çəkilişi tanıtmaq məqsədi ilə status yazırsınız (1 çəkiliş haqqı)
- Twitter hesabınızda çəkilişi tanıtmaq məqsədi ilə status yazırsınız (1 çəkiliş haqqı)
- Yuxarıda sadalanan 3 maddədən hərhansı birini yerinə yetirən yarışçılar bu məqalənin altında şərh yazmalıdırlar.
- Qalib olan şəxslə əlaqə qurabilmək üçün bu məqalənin altında şərh yazaraq əlaqə vasitəsi bildirməlidir.
- Qalib olan şəxslə verilən əlaqə vasitəsi ilə 3 gün ərzində əlaqə saxlaya bilməsəm, “Qalib”, çəkiliş zamanı seçdiyim “Ehtiyyat qalib” elan olunacaq.
Qeyd: 3 maddənin üçünü də etsəniz cəmi 5 çəkiliş haqqına sahib olacaqsınız.
Hədiyyəm nə olacaq?
Hədiyyə olaraq Zafer Demirkolun ” 10 Adımda Online Satış Sitesi “ kitabını verəcəm. (Kitabı özüm də istifadə etmişəm. ASP.NET texnologiyasından istifadə olunur. ) Kitab haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Çəkiliş üçün son gün?
Çəkiliş üçün son gün 14 dekabr 2012-ci ildir. Çəkilişin nəticələrini 16 dekabr 2012-ci il tarixində açıqlayacağam inşallah.
Hamıya uğurlar arzulayıram… 🙂
fatih
hocam bende çekilşe katılmak istiyorum… 🙂
02.12.2012, 7:19:40